Xəbərlər

Efiopiyalı qonaqlar Bakı Tekstil Fabrikinə heyran qaldı

Paytaxt Bakı növbəti dəfə mötəbər tədbirə ev sahibliyi edib. CNNBaku xəbər verir ki, bu dəfə AZPromo-nun təşkilatçılığı ilə Azərbaycan- Efiopiya biznes forumu keçirilib. Forum zamanı ikitərəfli əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub. Daha sonra forumun xarici nümayəndələri ölkəmizin aparıcı Tekstil şirkəti olan Bak Tekstil Fabrikinə dəvət olunub.

  

Fabriklə tanış olan qonaqlar müəssisəyə heyran qaldıqlarını bildiriblər.

 

İşin gedişi, nizam intizam, yüksək keyfiyyətli məhsulların hazırlanması və son texnologiyadan istifadə qonaqları razı salıb.

Qeyd edək ki, Bakı Tekstil Fabriki – 1939-cu ildən fəaliyyət göstərir. 5000 addan çox trikotaj məhsullarının, o cümlədən yüksək keyfiyyəti və təhlükəsizlik göstəriciləri olan xüsusi geyimlərin (yuniforma və formaların) istehsalı ilə məşğul olur.